USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Türk Hava Yolları” aviaşirkəti Azərbaycan Turizm Assosiasiyasının tam hüquqlu üzvü olub

“Türk Hava Yolları” aviaşirkəti Azərbaycan Turizm Assosiasiyasının (AZTA) tam üzvləri siyahısına əlavə olunub.

AZTA-dan ASAN Radioya bildirilib ki, assosiasiyanın rəhbəri Nahid Bağırov “Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyasıya təbriklərini çatdıraraq xüsusi üzvlük sertifikatını təqdim edib. “Sizi sıralarımızda görməyə çox şadıq və əminəm ki, “Türk Hava Yolları” ölkəmizdə turizm sektorunun inkişafına öz töhfəsini verəcək. Bu fəaliyyətin AZTA ilə əməkdaşlıq formatında həyata keçirilməsi bizim üçün çox sevindiricidir”, – deyə N.Bağırov qeyd edib.

Seyfullah İlyas isə şirkətin AZTA-nın üzvlüyünə daxil olmasından məmnunluğunu ifadə edərək bildirib ki, ölkənin turizm sənayesinin inkişafında bundan sonra da aktiv iştirak edəcək.

Qeyd edək ki, “Türk Hava Yolları” AZTA-nın üzvlüyünə daxil olmuş ikinci aviaşirkətdir. Bundan əvvəl “Azərbaycan Hava Yollar” aviaşirkəti AZTA-nın üzvlüyünə qəbul olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!