USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BMT: son 20 ildə təbii fəlakətlər 1,3 milyon insanın həyatına son qoyub

Son 20 ildə dünyada baş verən təbii fəlakətlər 1,3 milyon insanın ölümünə səbəb olub və 2,9 trilyon dollardan çox maddi zərər vurub.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar BMT-nin təbii fəlakətlərin təhlükəsinin azaldılması üzrə idarəsinin oktyabrın 10-da dərc edilmiş məruzəsində əksini tapıb. İdarənin məlumatına görə, 1998-ci ildən 2017-ci ilədək olan dövrdə təbii fəlakətlər səbəbindən dünya bazarlarının maliyyə itkiləri 251 faiz artıb.

Kataklizmlərdən zərər çəkmiş ölkələr 2 trilyon 908 milyard dollardan məhrum olublar. Təbii fəlakətlər ən çox ABŞ-a (994,8 milyard dollar), Çinə (492,2 milyard), Yaponiyaya (376,3 milyard) və Hindistana (79,5 milyard) ziyan vurub. Avropa ölkələri arasında daşqın, fırtına və zəlzələlər nəticəsində ən çox maddi itkiyə Almaniya (57,9 milyard dollar), İtaliya (56,6 milyard) və Fransa (48,3 milyard) məruz qalıb.

Ümumilikdə 20 il ərzində dünyada 7225 böyük təbii fəlakət baş verib və onların əksəriyyəti hava ilə bağlı olub. Həlak olan insanların yarıdan çoxu həyatını zəlzələlər zamanı itirib. Daha 4,4 milyard nəfər isə kataklizmlərdən müxtəlif şəkildə zərər çəkib – yaralanıb, evini itirib, məcburi köçkünə çevrilib, yaxud köməyə ehtiyac duyub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!