USD - 1.7 EUR - 1.9008 RUB - 0.0262 TRY - 0.2779 DAHA ÇOX
SON DƏQİQƏ
Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək Azərbaycan Prezidenti: Bizim gücümüz birliyimizdədir Tereza Mey istefasını elan edib Hava şəraiti ilə bağlı proqnoz açıqlanıb
Əbülfəs Qarayev Mərakeşə gedib

Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO Baş Konfransının 13-cü sessiyasında iştirak etmək məqsədilə Mərakeşə gedib.

Nazirlikdən "Report"a bildirilib ki, toplantı oktyabrın 11-də ölkənin Rabat şəhərində başlayıb.

Azərbaycan sessiyada təşkilatın 12-ci Baş Konfransının sədri qismində iştirak edir.

İclasda Baş Konfransın prosedur qaydaları, 12-ci sessiyada müxtəlif məsələlərə dair qəbul edilmiş qərarların icrası, İSESKO-nun 2019-2021-ci illər üzrə üç illik fəaliyyət planı və büdcəsi, 2019-2027-ci illər üzrə orta müddətli strateji fəaliyyət planı və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Ə.Qarayev sessiyada çıxışı zamanı Azərbaycanla İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, ölkənin mədəniyyət, təhsil və elm sahələrində uğurlarını, cari ildə “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd olunduğunu və bu ilin oktyabrın 25-26-da ölkəmizdə VI Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyini qeyd edib. Nazir həmçinin Azərbaycanın sədrliyi dövründə görülən işlər, keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycanın sədrliyi çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əməkdaşlıq sazişi imzalanıb.

Qeyd edək ki, Azərbaycan 2015-ci ilin noyabr ayından etibarən İSESKO Baş Konfransına sədrlik edir və cari ildə sədrliyi başa çatır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio