USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu gün Lüksemburqda Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

Bu gün Lüksemburqda Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

ASAN Radio xəbər verir ki, görüşdə Aİ üzvü ölkələrinin və "Şərq Tərəfdaşlığı" proqramı iştirakçısı olan 6 ölkənin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri iştirak edəcəklər.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini iclasa sədrlik edəcək.

Azərbaycanı görüşdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı iştirakçıları arasındakı siyasi dialoqu davam etdirmək fürsəti verən qarşıdakı görüş iştirakçıları tərəfdaşlıq çərçivəsindəki öhdəliklərin, o cümlədən “2020-ci ilədək 20 hədəf” adlı öncül vəzifələrin icrasına yekun vuracaq.

Bundan əlavə, danışıqların gündəliyində Liviya, Makedoniya, Bosniya və Herseqovina, eləcə də Venesuela və MAR-dakı vəziyyətin müzakirəsi də yer alıb.

Aİ ilə altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna arasında yaxınlaşmaya yönələn "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə Praqa zirvə görüşündə Polşa və İsveçin təşəbbüsü ilə qəbul edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!