Monterey-Lənkəran Dostluq Assosiasiyasının icraçı direktoru Nensi Selfric ASAN Radionun qonağı olub. O, qardaşlaşan şəhərlər - Kaliforniyanın Monterey və Azərbaycanın Lənkəran şəhərləri arasındakı mövcud mədəni əlaqələrdən, həmçinin həyata keçirilən tədbirlərdən danışıb.
Müsahibə vaxtı xanım Selfric dinləyicilərə ana dilimizdə “Mən sizi sevirəm” deyib. Bundan başqa Azərbaycan musiqisini çox sevdiyini söyləyən Monterey-Lənkəran Dostluq Assosiasiyasının icraçı direktoru Nensi Selfric aparıcıdan “Bayatı-Şiraz” muğamını səsləndirməyi xahiş edib.
Müsahibəni bu gün saat 20:00-da, sabah 12:05 və 21:00-da ASAN Radioda dinləyə bilərsiniz.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!