USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
AÇ-2020-nin maskotu təqdim olundu Apreldən müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq Sabah hava necə olacaq? Türkmənistan qazı Avropaya Azərbaycandan ixrac ediləcək - Tramp dəstəkləyib
Nazirliyin mətbuat xidmətinin rəhbəri ASAN Radioda aparıcı olacaq

ASAN Radioda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST məsləhəti” adlı verilişi yayımlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ASAN Radio birgə yeni layihəyə start verir. İki qurumun əməkdaşlığı çərçivəsində 100 FM-də “DOST məsləhəti” verilişi efirdə olacaq.

Verilişin adının “DOST məsləhəti” seçilməsi təsadüfi deyil. Prezident cənab İlham Əliyevin Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və mərkəzləri yaradılır. Məqsəd verilişdə bu mərkəzlərin fəaliyyəti barədə əhalinin, xüsusilə həssas qrupların maarifləndirilməsidir.

ASAN Radionun efirində yayımlanacaq “DOST məsləhəti”ndə 

- Prezident cənab İlham Əliyevin əmək və sosial müdafiə sahəsi ilə bağlı fərman və sərəncamlarından irəli gələn məsələlər,

- Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar;

- Şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları;

- Sosial təminat növləri, onların təyini və ödənilməsi qaydaları;

- Dövlət məşğulluq xidmətləri, aktiv əmək bazarı proqramları, kiçik ailə biznesinin qurulmasında özünüməşğulluq proqramının açdığı imkanlar;

- Əmək hüquqları, bu hüquqların müdafiəsi yönündə aparılan işlər;

- Sığorta-pensiya sistemi, pensiya təminatı sahəsində aparılan islahatlar;

- Sosial xidmətlər və onların əhatə etdiyi kateqoriyalar və s. barədə söhbət açılacaq. 

Verilişdə dinləyici sualları da cavablandırılacaq. (Şəhər telefonlarından 012-56-56-100, WhatsApp 070-65-56-100).

“DOST məsləhəti” verilişini hər həftənin bazar ertəsi saat 19.05-də ASAN Radioda dinləyə bilərsiniz. Verilişin aparıcısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovdur.  Verilişin ilk buraxılışı oktyabrın 22-si saat 19:05-də efirdə olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio