USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
AÇ-2020-nin maskotu təqdim olundu Apreldən müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq Sabah hava necə olacaq? Türkmənistan qazı Avropaya Azərbaycandan ixrac ediləcək - Tramp dəstəkləyib
Tarix İnstitutunun veb-saytı yeni versiyada təqdim edilib

Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının iclasında institutun veb-saytı yeni versiyada (www.tarixinstitutu.az) təqdim edilib.

AMEA-nın Tarix İnstitutundan ASAN Radioya verilən məlumata görə, institut direktoru, akademik Yaqub Mahmudov bildirib ki, institut ermənilərin işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində mühüm rol oynayır: “Dünyaya sübut etmişik ki, ermənilər Qafqaza gəlmədirlər. Portalımızın əsas şüarı Ulu öndər Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” kəlamıdır”.

Akademik deyib: “Tarixçi olaraq, müqayisə aparmaq istəyirəm. Məncə, tarixin inkişaf dövrlərinə təzə birini də daxil etmək lazımdır. Bunu ironiya ilə yox, həqiqət olaraq deyirəm: bizim bir neçə - Paleolit, Neolit, Eneolit və Dəmir dövrümüz var. Yaşadığımız dövr isə informasiya texnologiyaları dövrüdür”.

Saytın idarəçisi Elnur Nəciyev çıxışında qeyd edib ki, Tarix İnstitutunun nəşrləri saytın “E-kitablar” bölməsində oxuculara təqdim olunub: “AMEA-nın digər institutlarından fərqli olaraq portalımızın “E-kitablar” bölməsindəki nəşrləri daha asan şəkildə axtarmaq mümkündür”.

Saytın ana səhifəsi “İnstitut haqqında”, “Xəbərlər”, “Tarixçilər”, “Dövlətçilik tarixi”, “E-kitablar”, “Xəritələr”, “Qalereya”, “Əməkdaşlıq” və “Əlaqə” bölmələrindən ibarətdir. 9 bölmədən ikisi - “Tarixçilər” və “Dövlətçilik tarixi” bölmələri yenidir.

Yaqub Mahmudov deyib: “Prezident İlham Əliyev Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institutumuza çox yüksək qiymət verib. İnstitutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir. Portalımızın “Dövlətçilik tarixi” bölməsində “Soyqırımları tarixi”, “Repressiya tarixi” və “Deportasiya tarixi” adlı yarımbölmələr var”.

Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir. Yaxın zamanlarda portalın rus və ingilis dillərində olan versiyaları da ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Tarix İnstitutunun ilk saytı olan “tarix.gov.az” 2011-ci ildə yaradılıb. Saytın yeni versiyasında “tarix.gov.az”dan fərqli olaraq institutun Feysbuk səhifəsinə və Yutub kanalına keçid mümkündür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio