USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” - FOTOLAR

Oktyabrın 23-də Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

ASAN Radio xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan konfransda 30 ölkədən 150-dək xarici qonaq iştirak edir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə konfransın əhəmiyyətindən danışıb.

Akademik söyləyib ki, bu gün qədim və orta əsrlərdə yaşayıb yaratmış ədiblərimizin yaradıcılığı alimlərimiz tərəfindən geniş şəkildə araşdırılır. “Qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycan tarixi dövlətçilik ənənələrinə malikdir. Doğma diyarımızda Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Şirvanşahlar kimi dünyada tanınan dövlətlər mövcud olub. Şirvanşahlar dövləti bütün atributlara sahib dövlətçilik ənənələri ilə tanınıb. Hər zaman ərazi bütövlüyünü qoruyub saxlayan bu dövlət dahi şair və alimlərin yaşadığı bir mərkəz rolunu oynayıb. Şirvanşahlar dövründə Bakı, Şamaxı və Dərbənddə çox böyük mədəniyyət nümunələri yaradılıb. Prezident İlham Əliyev Şirvanşahlar Sarayının yenidən qurtulmasına xüsusi göstəriş verib. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva elmə böyük qayğı göstərirlər. Mehriban Əliyevanın köməyi sayəsində Şirvanşahlar sarayı UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Son illər dünya dövlətlərinin tanınmış elm adamlarının xalqımızın zəngin və mədəni irsinin tədqiqinə maraqları artıb", - deyə akademik vurğulayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, konfransın keçirilməsi dövlətçiliyin dərk edilməsi istiqamətində çox böyük addımdır. Tarixən Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb. Şirvanşahlar Asiya ilə Avropanın kəsişdiyi bir coğrafiyada öz dövlətini yaradaraq inkişaf etdiriblər. Müasir Azərbaycan hər zaman tarixinə, mədəniyyətinə həssaslıqla yanaşır. Ulu öndər Heydər Əliyevin dövründə İçərişəhər UNESCO-nun Mədəni İrs Siyahısında yer alıb. Şirvanşahlar Saray Kompleksi isə Mehriban Əliyevanın dəstəyi sayəsində UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

Şirvanşahlar dövlətinin tarixi haqqında iştirakçılara məlumat verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQ) rəisi Əsgər Ələkbərov deyib ki, o dövrdə inşa edilmiş memarlıq abidələri, yazılmış ədəbi əsərlər dünya irsinin mükəmməl nümunələri sırasında xüsusi yer tutur.

Bildirib ki, Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən göz oxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsi bu konfransın keçirilməsi ilə bağlı ideyanın yaranmasının ən başlıca səbəblərindən olub: “Biz Milli Elmlər Akademiyası ilə birlikdə Şirvanşahlar tarixinə həsr olunmuş konfransın keçirilməsi təşəbbüsü ilə çıxış etdik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu təşəbbüsü dəstəkləyərək konfransın ən yüksək səviyyədə keçirilməsinə dair müvafiq tapşırıqları verdilər. Düşünürəm ki, bu, dövlət rəhbərliyinin xalqımızın tarixi irsinə verdiyi yüksək dəyəri göstərir, gənc nəsillərə vətənpərvərlik hissini aşılayır, onlarda tariximizə bağlılıq və ona qarşı məhəbbət hissi oyadır”.

“Şirvanşahlar dövləti VI–XVI əsrlər kimi ağır və çətinliklərlə dolu tarixi bir dövrə sinə gərərək çiçəklənə bilib. Azərbaycan və eləcə də dünya ədəbiyyatının dahi simalarından olan Xaqani Şirvani və İmadəddin Nəsiminin o dövrdə yazıb yaratmaları Şirvan şahların poeziya, elm və yaradıcılığa göstərdikləri qayğının bariz nümunələrindən biridir. Məlumdur ki, bu yaxınlarda Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən fondun vitse-prezidenti Leyla xanım Əliyevanın şəxsi təşəbbüsü ilə İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş "Şeir, incəsənət və mənəviyyat" şüarı altında birinci Nəsimi Festivalı müvəffəqiyyətlə keçirildi. Nəsimi adı bu gün hamımız üçün mənəviyyat və ziya simvoludur".

Konfrans çərçivəsində tanınmış elm adamları İslam aləmində ən uzunmüddətli hakimiyyətə malik Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) minillik tarixi, memarlığı, arxeologiya, etnoqrafiya, ədəbiyyat, epiqrafiya və fəlsəfəsi mövzularında məruzələrlə çıxış edəcəklər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!