Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları apardıqları reyd zamanı paytaxtın Xətai rayonundakı M.Hadi küçəsində ictimai iaşə müəssisələri üçün dönər əti hazırlayan sex aşkar ediblər.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Qasımov Eldar Cavanşir oğluna məxsus icarə əsasında fəaliyyət göstərən quş əti emalı sexində yararsız və mənşəyi məlum olmayan ətlərdən nümunə götürərək laboratoriyaya göndərilib.
Sexə baxış zamanı dönər hazırlamaq üçün istifadə olunan 450-500 kiloqram toyuq və mal ətinin kəskin qoxuya malik olduğu müəyyən edilib. Müəssisənin sanitar-gigiyenik vəziyyəti də standartlardan çox uzaqdır.
Obyektin fəaliyyəti dayandırılıb və sexin qapısı möhürlənib. Sahibkar haqqında isə inzibati qaydada cərimə sanksiyası tətbiq olunacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!