USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda ilk dəfə rəngli pambıq yetişdirilib 

Azərbaycanda təcrübə məqsədilə ilk dəfə yetişdirilən rəngli pambığın yığılmasına başlanılıb.

 

Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Məhərrəm Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Çindən gətirilən rəngli pambığın çiyidi bir qədər gec - iyun ayının əvvəlində əllə səpilib. Vegetasiya dövrü az olan bu pambıq yerli pambıqlarla eyni vaxtda bar verib. Mahlıcı zərif olan pambıq xına rəngi və bir qədər açıq rəngdədir. Məhsuldarlıq qənaətbəxşdir. Hər hektardan 45-50 sentner məhsul gözlənilir.

 

Yığılan məhsul Gəncə Aqrar Elm Mərkəzində təmizlənərək çiyid mahlıcdan ayrılacaq və respublikada bu pambıq sortunun çoxaldılması üçün toxumluq məqsədilə istifadə ediləcək. Növbəti ildə 5 hektarda rəngli pambığın becərilməsi nəzərdə tutulur.

 

Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təcrübə sahələrində 3 hektarda becərilən qiymətli strateji bitki olan soyanın da yığımı həyata keçirilir.

 

Mərkəzin direktoru Məhərrəm Əliyev bildirib ki, soya tərkibindəki zülal və yağın zənginliyinə görə əvəzedilməz bitkidir. Həm ərzaq, həm də yem bitkisi kimi mühüm əhəmiyyət kəsb edən soya bitkisinin əkinlərinin çoxaldılması vacibdir. Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir. Bu bitki havada olan sərbəst azotu fiksasiya edərək, torpağın münbitliyinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!