USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ərəb jurnalistlər Cocuq Mərcanlıya səfər ediblər

Ərəb ölkələrinin media təmsilçiləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyətini Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müşayiət ediblər.

Jurnalistlər əvvəlcə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində olublar. Kənd haqqında ətraflı məlumat alan xarici media nümayəndələrinə bildirilib ki, Qarabağ müharibəsi dövründə bir neçə ay işğalda qalan Cocuq Mərcanlı 1994-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. 2016-cı ildə, aprel döyüşləri zamanı Lələ Təpə yüksəkliyinin işğaldan azad edilməsi ilə kənd təhlükədən qurtulub. Bundan sonra Prezident İlham Əliyevin sərəncamı ilə Cocuq Mərcanlı yenidən bərpa edilib. 150 ev tikilib, məcburi köçkün həyatı yaşayan ailələr öz doğma kəndlərinə köçürülüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!