USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıya “Fantaziya” gəlir

İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan “Fantaziya” festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.

ASAN Radio xəbər verir ki, mərkəzinin direktor müavini Leyla Quliyeva Azərbaycanda ilk dəfə təşkil olunan “Fantaziya” festivalını yüksək qiymətləndirib.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis Bakı şəhərinin “Fantaziya” Mədəni İrs festivalının keçirilməsinə tam hazır olduğunu söyləyib.

Məlumat verilib ki, noyabrın 1-dən 10-dək keçiriləcək festival çərçivəsində Azərbaycan ictimaiyyətinə bir-birindən maraqlı, maarifləndirici və eyni zamanda, əyləncəli tədbirlər təqdim olunacaq. Tədbirlər sırasına konsertlər, sərgilər, “dəyirmi masa”lar, konfranslar, film nümayişləri, Bakının maraqlı və aşkar olunmamış küçələrinə bələdçi turları daxildir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışında deyib: “2018-ci Avropa Mədəni İrs İli” çərçivəsində belə bir festivalın Bakıda keçirilməsinin səbəbindən biri də Azərbaycan paytaxtının artıq Avropa şəhərinə çevrilməsidir”.

K.Yankauskas qeyd etdi ki, “Fantaziya” festivalı Bakının mədəni irsinə marağı artırmaq və onu qorumaq məqsədi daşıyır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdən söz açıb. Bildirib ki, Mədəniyyət nazirliyi Avropa İttifaqı ilə birgə layihələri uğurla həyata keçirir. Bakı şəhərində “Fantaziya” festivalının keçirilməsi olduqca düzgün seçimdir. Bakı şəhəri keçmişlə müasirliyin vəhdətini təşkil edir. Ölkə başçısının diqqəti və qayğısı nəticəsində ölkəmizdə mədəni irsin qorunması prioritet sahələrdən sayılır. Azərbaycanda təkcə milli irs deyil, müxtəlif dinlərə və konfessiyalara aid tarixi abidələr də qorunub saxlanılır.

Konfransda festivalının yekun proqramı və tədbirlərin məzmunu iştirakçıların diqqətinə çatdırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!