USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Bakı Nəqliyyat Agentliyi”nin cərimə ödənişləri ASANlaşdı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin (BNA) birgə əməkdaşlığı nəticəsində Bakı şəhəri  ərazisində yol hərəkəti əleyhinə törədilmiş qayda pozuntusuna görə BNA tərəfindən təqbiq edilən inzibati cərimələrin ödənişlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb.

26 oktyabr 2018-ci il tarixindən etibarən vətəndaşlar və hüquqi şəxslər barələrində tərtib edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə inzibati xəta haqqın-da protokollar, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntüləri ilə “ASAN ödəniş” sistemində yaradılmış şəxsi kabinetlərində tanış ola bilərlər. Həmçinin bu cərimələr üzrə ödənişlərini www.asanpay.az portalı və ya "ASAN ödəniş" sisteminə qoşulmuş digər ödəniş por-talları və terminalları vasitəsilə də həyata keçirə bilərlər.

“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 5 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 119 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları eləcə də, sistemə qoşulmuş  digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!