İtaliyanın "İnter" klubu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə qarşılaşacağı İspaniya "Barselona"sı ilə matçın bilet satışından rekord gəlir əldə edib.
"Report" "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi sözügedən oyunun bilet satışından 5.8 milyon avro qazanacaq. Bu isə İtaliya futbolu üçün rekord göstərici hesab olunur.
"Roma" ötən mövsüm Çempionlar Liqasının yarımfinalında İngiltərə "Liverpul"u ilə matçda bilet satışından 5.2 milyon avro əldə edib. Həmçinin ötən mövsüm "İnter" - "Yuventus" duelin də eyni məbləğ qeydə alınıb.
Qeyd edək ki, bu gün keçiriləcək "İnter" - "Barselona" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!