USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda xəttə 50 yeni sərnişin avtobusu buraxılır

Bu gün Bakı Nəqliyyat Agentliyi ölkəyə yeni gətirilmiş və ümumi dəyəri 5 mln. ABŞ dolları olan 50 sərnişin avtobusunun təqdimatını keçirib.

“Report” xəbər verir ki, təqdimat mərasimində çıxış edən Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev avtobusların təmsil etdiyi qurumun tələblərinə cavab verdiyini vurğulayıb: “Bu avtobuslar sərnişinlərin rahat və təhlükəsiz daşınması baxımından qoyulan tələblərə cavab verir. Fiziki imkanları məhdud, eləcə də uşaq arabası ilə olan şəxslərin avtobuslardan rahat istifadə etməsi üçün nəqliyyat vasitələri xüsusi mexanizmlə təchiz edilib. Avtobuslarda enerji ötürücüsu yerləşdirilib".

Onun sözlərinə görə, yeni avtobuslar yaxın günlərdə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətlərinin birində istismara veriləcək: “Sərnişinlərin təhlükəsiz daşınması məqsədi ilə bu avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 60 km/saat müəyyən edilib", - o deyib.

M.Ağayevin sözlərinə görə, yaxın günlərdə 8 avtobusun Azərbaycan paytaxtına gətirilməsi gözlənilir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!