20/11/2018 02:43

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9377 0.0257 0.3178


ASAN xəbər

Qubadakı "ABAD FACTORY" İstehsalat Kompleksinə mediatur təşkil olunub


08.11.2018   16:38


Quba rayonundakı "ABAD FACTORY" İstehsalat Kompleksinə mediatur təşkil olunub. 

ABAD (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev müəssisənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. 

Onun sözlərinə görə, Quba rayonundakı "ABAD FACTORY" İstehsalat Kompleksi 5 istehsal sahəsi - quru meyvələr, qənnadı məmulatları, kompot, süd məhsulları və ət məhsulları üzrə fəaliyyət göstərəcək: "Burada sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə müvafiq infrastruktur yaradılıb. Müəssisədə 10 "ABAD"çı ailənin (30 nəfərə yaxın) fəaliyyət göstərməsi nəzərdə tutulub. Məhsul dövriyyəsi artdıqca bu sayın 50 nəfərədək artması gözlənilir".

Eyni zamanda "ABAD"çı sahibkarlar öz istehsal etdikləri məhsullar barədə jurnalistlərə məlumat veriblər.

Müəssisədə "Pasha Holding"in dəstəyi ilə "ABAD Gastro Village" layihəsi və onun nəzdində olan "Food truck"lar (təkərli qoşqular) parkı salınıb. Food truck"lar (təkərli qoşqular) 5 istiqamət - dönər, burger, pizza, şirniyyat və ABAD etno-butik üzrə satış aparır. "ABAD Gastro Village" kompleksində 20 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ASAN Radio da mediaturda iştirak edib.

 














ASAN Radio telefonunuzda
Facebook