USD - 1.7 EUR - 1.9142 RUB - 0.0271 TRY - 0.3019 DAHA ÇOX
SON DƏQİQƏ
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib Azərbaycanda nəşr olunan qəzetlərə 1 milyon manat ayrıldı  Bakının bəzi küçələrində yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulub Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi

Noyabrın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir.

ASAN Radio xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər, deputatlar iştirak edirlər.

“Azərbaycan mədəniyyətinə ağır itki verib”. Bunu vida mərasimində çıxışı zamanı mədəniyyət naziri Əbülfəs Qarayev bildirib. 

Nazirin sözlərinə görə, cəmiyyət tərəfindən verilən reaksiya sübut edir ki, teatr sənəti olduqca vacib bir sənətdir:

“Amaliya Pənahova bəlkə də əvəzolmaz bir şəxsiyyətdir. Dəyərli və unudulmaz bir qadındır. O, 73 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Məndə olan məlumata görə, rəhbəri olduğu Bakı Bələdiyyə Teatrının məşqlərinə müalicə aldığı xəstəxanadan çıxıb gələrək nəzarət edirdi. Dünən xəbəri eşidən kimi, hörmətli prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başsağlığı verdi və vida mərasiminin yüksək səviyyədə keçirilməsi barədə tapşırıqlar verdi. Allah ona rəhmət etsin”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio