USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub

Noyabrın 12-də Milli Məclisdə bir sıra deputata “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

ASAN Radio xəbər verir ki, çıxış edən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu tədbirin əlamətdar günə - Konstitusiya Gününə təsadüf etdiyini bildirib.

A.Təvəkküloğlu diqqətə çatdırıb ki, 2018-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub. Bu münasibətlə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda xeyli sayda tədbirlər keçirilib. Bu tədbirlər hələ də davam edir. Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçirildi. Bu iclasa xarici ölkələrdən xeyli sayda qonaqlar qatıldı. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar möhtəşəm parad keçirildi. Paradda 100-ə yaxın xarici ölkədən nümayəndələr iştirak edirdilər. Dünyanın bir çox aparıcı informasiya vasitələri bu parad barədə reportajlar hazırladılar və informasiyalar verdilər. Bu, hər birimiz üçün qürurvericidir.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Milli Məclisin deputatlarının ordu quruculuğu sahəsindəki fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilir. Deputatlar həmin tədbirlərdə də fəal iştirak edirlər.

Tədbirin sonunda “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı haqqında Əsasnaməyə müvafiq olaraq Milli Məclis sədrinin müavinləri Bahar Muradovaya və Valeh Ələsgərova, parlamentin komitə sədrləri Əli Hüseynli, Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı, Ülvi Quliyev, Siyavuş Novruzov, Arif Rəhimzadə, İsa Həbibbəyli, Rafael Hüseynov və Səməd Seyidova, deputatlar Aydın Mirzəzadə, Aqil Abbas, Adil Əliyev, Xanlar Fətiyev, Fərəc Quliyev, Hikmət Məmmədov, Elman Məmmədov, Zahid Oruc, Bəxtiyar Sadıqov və Hacı Salayevə respublikanın müdafiə naziri Zakir Həsənovun əmri əsasında Milli Ordumuzun yaranmasının 100 illiyi ilə bağlı təsis olunmuş yubiley medalı təqdim olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!