USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qurban Qurbanov: Hər iki komanda üçün vacib oyundur

Qrup mərhələsində son oyunumuza çıxırıq. Hər iki komanda üçün vacib oyundur. İlk gündən Kosovo millisinə böyük qiymət vermişdim. Rəqib futbolçuların fərdi ustalıq səviyyəsi yüksəkdir. Belə rəqibə qarşı oynamaq çox xoşdur. Oyuna hazırıq. İnanıram ki, komanda olaraq ən yaxşı oyunlardan birini keçirəcəyik.

ASAN Radio xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov səfərdə Kosovo ilə keçirəcəkləri UEFA Millətlər Liqasının VI tur matçından əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

“Doğma meydanda oynamaq, azarkeş amili və hazırkı xal durumu Kosovo yığması üçün üstünlük sayıla bilər. Amma futbolçularımızın da oyuna münasibətini görürəm, qələbə qazanmaq üçün hər şey etməyə hazır olduqlarını bilirəm. Hansı komandanın favorit olması barədə hər hansı fikir bildirmək istəmirəm. Rəqib komandanın baş məşqçisinin xoş sözlərinə görə təşəkkürümü bildirirəm. Bu gün əlavə fikirlər bildirsəm tərif olacaq. Bu komandanın böyük potensialı var. Həm azarkeşlər, həm də doğma meydan amili rəqibin tərəfindədir. Xal fərqində də öndədirlər. Amma mən Farer adaları ilə oyundan sonra da demişdim ki, Kosovoya qələbə üçün gedirik. Bunu futbolçular da dərk edirlər. Lakin mənim üçün əsas göstərilən oyun, ortaya qoyulan xarakterdir. Bunların hamısı düşündüyümüz kimi alınsa, uğur bizim tərəfimizdə olacaq. Səfərdə oynayırıq və nəticə üçün nə lazımdırsa onu fikirləşirik.

Fiziki yorğunluq ola bilər. Amma bu haqda düşünmürük. İki gün istirahətə vaxtımız olub. Rəqibdə də bu, eynidir. Amma bizdə əlavə amillər olmalıdır ki, qalib gələk. Bizə heç bir maneə ola bilməz. 90 dəqiqə nə lazımdırsa, onu da etməliyik”, - deyə baş məşqçi vurğulayıb.

Qurban Qurbanov milli komandada zədəli oyunçulardan da danışıb: “Pavel Paşayevlə bağlı qərar sabah veriləcək. Kamran Ağayev oynamayacaq. Qalanlarının kiçik zədələri var. Düşünürəm ki, oyunadək tam hazır olacaqlar. Çox istərdim ki, futbolçular sağlam olsunlar. Amma mən zədələri düşünmək istəmirəm. Sabah meydana hər bir futbolçunu ürəklə buraxa bilərəm. Bunun üçün onların istək və həvəslərini görürəm”.

Rəqibin yaxşı komanda olduğunu və həlledici oyun keçirəcəklərini söyləyən “Qarabağ” klubunun müdafiəçisi Maksim Medved mətbuat konfransında deyib: “Kosovo yığması bizdən 2 xal öndədir. Amma bizim üstünlüyümüz komanda şəklində birliyimizdədir. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.

Qeyd edək ki, bu gün "Fadil Vokrri" adına stadionda keçiriləcək Kosovo - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!