USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ADA Universiteti beynəlxalq mükafata layiq görülüb

ADA Universiteti akademik xidmətlərinin elektronlaşmasında beynəlxalq mükafata layiq görülüb. ASAN Radio xəbər verir ki, mükafatlandırma mərasimi ali təhsil müəssisələrinin idarəetməsində informasiya texnologiyaları və elektron xidmətlər sahəsində aparıcı beynəlxalq şirkət olan “Ellucian”-ın Dubayda keçirilən və dünyanın 500-ə yaxın universitetinin nümayəndəsini cəlb edən illik konfransında baş tutub. Azərbaycanın ali təhsil müəssisəsi “Innovasiya” mükafatını “Tələbələrə Xidmət” nominasiyasında alıb. Beynəlxalq mükafat ADA Universitetinin xidmətlərinin elektronlaşmasında “MyADA” sisteminin tətbiqi layihəsinin rəhbəri Rövşanə Səmədovaya təqdim edilib.

ADA Universiteti qəbul etdiyi on illik strateji planına uyğun bütün xidmətlərinin elektronalşmasını aparır. İlkin  mərhələdə akademik xidmətlərə prioritet verilərək 2016-2017-ci tədris ilində dünyanın aparıcı 1400 universitetinin istifadə etdiyi “Banner”, Tələbə Məlumatı Sistemi əsasında “MyADA” sistemi işlənilib tələbələrin istifadəsinə verilib. Daha sonra “Blackboard”, Tədrisin İdarəedilməsi Sistemi tətbiq olunaraq tələbə-müəllim akademik təmasları daha da genişləndirilib. Beləliklə, Hazırda ADA tələbələri ali təhsil ocağına sənəd vermə mərhələsindən tutmuş məzun olana qədər öz akademik statusları, dərsləri, hesabları, Universitetin bütün xidmətlərinə dair məlumatı şəffaf və ani şəkildə əldə edirlər. Bu, onların vaxtlarının və resurslarının daha səmərəli istifadəsi və daha uğurlu olması ilə nəticələnir. İnnovativ sistemlərin tətbiqi eyni zamanda ADA Universitetinə öz struktur və əməliyyatlarını təhlil edib, onları sadələşdirir və müasir beynəlxalq təhsil standartlarına uyğunlaşdırır.

ADA Universitetinin rektoru Hafiz Paşayev mükafatı şərh edərkən bildirib: “Ölkə rəhbərliyinin prioritet istiqamət kimi elan etdiyi dövlət xidmətlərinin elektronlaşmasına uyğun şəkildə, ali təhsil ocağımızda son iki ildə kommunikasiya sahəsində yeniliklər həyata keçirilir. Digər sahələrdə olduğu kimi, təhsil sahəsində də açıq idarəçilik və informasiya əldə etmə azadlığının təmin olunması tələbələrin akademik nailiyyətlərinə müsbət təsir göstərir.”

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!