Dinləyicilərin diqqətinə! Bakının Yasamal rayonu A.M.Şərifzadə küçəsi 157 ünvanında 3 saylı "ASAN xidmət" mərkəzinin yanından Bakı Dairəvi avtomobil yoluna birləşdirən yeni yol çəkilir. Ərazidəki kommumnikasiya xətlərinin yeri dəyişdirilir. O cümlədən işıq transfarmatorunun yerdəyişməsi aparılacaq.
"Azərişıq" ASC-dən aldığımız məlumata görə, bu işlərin dekabrın 9-u səhər saat 10.00-dan dekabrın 11-i gecə saat 3.00-dək davam edəcəyi gözlənilir. Bu səbəbdən Şərifzadə küçəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Qeyd edim ki, ASAN Radio işlərin aparıldığı ünvanda yerləşdiyindən yayımda fasilə yaranacağı istisna deyil.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!