USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Fərqliyik, Bərabərik" filminin təqdimatı - AUDİOREPORTAJ

3 dekabr- Beynəlxalq Əlillər Günü münasibətilə Avropa İttifaqı (Aİ) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), UNICEF, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və ASAN Radio ilə birgə əməkdaşlıqla “Fərqliyik, Bərabərik” adlı film hazırlayıb.

Dekabrın 7-də filmin təqdimatı keçirilib.

Tədbirin moderatoru ASAN Radio-nun direktoru Emin Musavi bildirib ki, əlillərə və xüsusi qayğıya ehtiyacı olan insanları təkcə bir gün deyil, daim diqqət mərkəzində saxlamaq çox vacibdir. 

12 dəqiqəlik filmdə layihə tərəfdaşları əlilliyi olan şəxslərin inklüziv cəmiyyətin üzvləri hesab edilməli olduğunu, cəmiyyətin bütün üzvlərinin eyni hüquq və imkanlara malik olduğunu və digərləri ilə birgə təhsil ala biləcəyini vurğulamaq istəyirlər.

Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas çıxışında deyib ki, bu gün əsas diqqət mərkəzində olan məsələ inklüziv təhsildir. 

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti bildirdi ki, Bizim hər birimiz bu işdə dəstək olmalıyıq.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin qeyd eTdi ki, sağlamlıq imkanları məhdud insanlar bizimlə bərabər hüquqlara malikdir. 

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Cəmil Əliyev çıxışda dedi ki, hazırda İctimai Birlik tərəfindən ölkəmizdə müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması istiqamətində layihə reallaşdırılır. 

Sonra tədbir iştirakçıları “Fərqliyik, Bərabərik” filminə baxıblar. Rejissor Etibar Məmmədovdur.

“Fərqliyik, Bərabərik” video layihə KİV-də, o cümlədən telekanallar, həmçinin sosial media vasitəsilə geniş auditoriyaya çatdırılacaq. Filmə ASAN Radionun rəsmi səhifəsində baxa bilərsiniz.

Təqdimat mərasimindən hazırladığımız reportajı buradan dinləyin:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!