USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Lukaşenko: Dedim Serj, 5 rayonu Azərbaycana qaytar, dedi qaytarsam...

Belarus prezidenti Aleksandr Lukaşenko Qarabağ münaqişəsinin həlli üçün hazırlanan təklif barədə ilk dəfə açıqlama edib.

REAL-ın "interfax.by" saytına istinadən verdiyi məlumata görə, Lukaşenko bu məsələnin hələ İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitlərindən birində, Serj Sarkisyanın prezident olduğu dönəmdə müzakirə edildiyini xatırladıb.

Lukaşenko o zaman Azərbaycan və Ermənistan liderlərini güzəştə gedərək problemi birgə həll etməyə çağırdığını vurğulayıb. Daha sonra Lukaşenko Sarkisyanla söhbətnin məzmununu açıqlayıb.

“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar. Qaytarmamaq üçün nə kimi səbəb ola bilər, axı onlar boş qalıblar. O isə dedi: əgər qaytarsam, onlar yolu kəsəcəklər, Qarabağı tutacaqlar və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, belə olan halda biz öz qoşunlarımızı yeridər və buna imkan vermərik”. Sarkisyan isə dedi: yox, biz buna getməyəcəyik, bunu istəmirik”, - Lukaşenko bildirib. 

Lukaşenko o zaman bunu təəccüblə qarşıladığını deyib:

“Niyə görə istəmirlər? Beş rayon boşdur. Bu ilk addım olardı. O zaman Azərbaycan da, Ermənistan da KTMT və Avrasiya İqtisadi Birliyində olardı. Niyə imtina etdiniz? Axı Rusiya təminat verdi ki, əgər həmin rayonlar azad edilsələr orada heç vaxt müharibə olmayacaq. Hansı ki, özünüz də etiraf edirsiniz ki, onlar Azərbaycanındır”

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!