USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu ildə Bakıda təşkil olunacaq

UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında iştirak etmək üçün Parisə səfəri çərçivəsində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bir sıra görüşlər keçirib.

 

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, UNESCO-nun Ümumdünya İrs Mərkəzində keçirilən görüşdə Şəki şəhərinin tarixi hissəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məqsədilə 2019-cu ildə nominasiya faylının yekun versiyasının təqdim olunması istiqamətində atılacaq addımlar müzakirə olunub.

 

Həmçinin UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakıda təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bir il müddətinə komitənin sədri seçilib və 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcəkdir. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması və UNESCO-nun ən mühüm tədbirlərindən birinin Bakıda keçirilməsi ölkəmizin bu təşkilatla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

 

Nazir müavini UNESCO-nun konfranslar və mədəni tədbirlərin idarə edilməsi üzrə direktoru Tanya Fernandez de Toledo ilə də görüşüb. Görüş zamanı UNESCO-nun “Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri Proqramı” çərçivəsində Azərbaycanın fəaliyyəti müzakirə edilib. 2019-cu ildə Bakı Dövlət Universitetinin təsis olunmasının 100, görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin UNESCO səviyyəsində qeyd olunmasına dair müzakirələr aparılıb.

 

UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası öz işini yekunlaşdırıb. “Create 2030” şüarı altında keçirilən sessiyada yaradıcılıq azadlığı, vətəndaş cəmiyyətinin mədəniyyət və yaradıcı sənayelərdə rolu, süni intellektin yaradıcılığa təsiri və qadın sahibkarların mədəniyyət sənayelərində fəaliyyətinə dair mövzular müzakirə edilib.

 

Həmçinin sessiyada UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyası çərçivəsində Azərbaycanın son 5 illik fəaliyyətinə dair hesabat qəbul olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!