USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Məhəmməd Əli son mənzilə yola salınır

ABŞ-da tənəffüs yolunda yaranan problem səbəbindən 74 yaşında həyatını itirən Məhəmməd Əlinin iki gün davam edəcək dəfn mərasimi bu gün Luisvill şəhərində qılınacaq cənazə namazı ilə başlayacaq.

Anadolu informasiya agentliyi xəbər verir ki, Məhəmməd Əlinin anadan olduğu Kentukki ştatının Luisvill şəhəri tarixinin ən mühüm mərasimlərindən birinə hazırlaşır. Əfsanəvi idmançının yaşadığı ev və onun adına salınmiş mərkəz pərəstişkarları tərəfindən ziyarət edilir.

Təxminən 600 min nəfər əhalisi olan şəhərdə keçiriləcək mərasimlər bu gün yerli vaxtla saat 12:00-da (Bakı vaxtilə saat 20:00) qılınacaq cənazə namazı ilə başlayacaq. Məhəmməd Əlinin 1960-cı ildə ilk peşəkar döyüşünü keçirdiyi “Freedom Hall”da qılınacaq namaza 15 minə yaxın insanın qatılacağı gözlənilir.

Dəfn mərasimində bir sıra görkəmli insanların, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ABŞ-ın sabiq prezidenti Bill Klintonun və başqalarının iştirak edəcəyi bildirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!