Son günlər Azərbaycan ərazisində yağıntıların artması çaylarda daşqın təhlükəsi yaradıb.
AMEA Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə bildirib ki, yağışlardan sonra ölkə üzrə əsas təhlükəli vəziyyət daşqın və sürüşmələrlə bağlıdır. Hazırda çaylardan daşqınların keçdiyini deyən direktor müavini qeyd edib ki, daşqın təhlükələri əsasən, Böyük Qafqazın cənub yamacındakı çaylardadır: “Bundan əlavə, Lənkəran çaylarında, şimal-şərq yamacda - Tovuz, Gədəbəy, Daşkəsən zonası çaylarında, Gəncəçay zonasında daşqınların olma ehtimalı yüksəkdir. Bunların da səbəbi yağıntının çox olması ilə bağlıdır. Hazırda çaylarda gursululuq dövrüdür. Yaxın günlərdə yağışların çox yağması nəticəsində gursululuq daşqınlara çevrilə bilər”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!