USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda dabaq xəstəliyi təhlükəsi

Qonşu ölkələrdə yayılan dabaq xəstəliyi səbəbindən Azərbaycanın bütün sərhəd rayonları baytarlıq nəzarətinə götürülüb.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında bildirib ki, iyunun 1-dən başlayaraq ölkə ərazisində dabaq xəstəliyinə görə vaksinasiya tədbirlərinə başlanıb. O deyib ki, Azərbaycanın Lənkəran, Lerik, Qazax, Ağstafa və digər sərhəd bölgələrində baytarlıq nəzarəti tətbiq edilir:

“Son vaxtlar dünyanın bir sıra ölkələrində, o cümlədən ölkəmizlə həmsərhəd olan Türkiyə və İranda dabaq xəstəliyinin yeni "A Nepal 84" tipi aşkarlanıb. Azərbaycanda isə bu tip hələ qeydə alınmayıb. Azərbaycanın kənd təsərrüfatı nazirinin türkiyəli həmkarına müraciətindən sonra 500 min doza miqdarında peyvənd alınıb. Yardım kimi gətirilmiş peyvəndlər ilkin olaraq İran, Gürcüstan və Ermənistanla həmsərhəd rayonların sərhəd yaşayış məntəqələrində saxlanılan heyvanlara tətbiq olunur və tam nəzarət həyata keçirilir. Daxildə isə xəstəliyin A, O, Asiya-1 tiplərinə görə vaksin tətbiq edilir”.

Y. Xanvəli qeyd edib ki, hazırda Azərbaycanda dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir: “Bu sabitliyin qorunması və davamlı olması məqsədilə Dövlət Baytarlıq Xidməti tövsiyə edir ki, sahibkarlar iribuynuzlu heyvanlar arasında dabağın baş verməməsi üçün təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına riayət etsinlər, peyvəndləmənin vaxtında aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar və bütün iribuynuzlu heyvanlarını peyvəndləməyə cəlb etsinlər. Məlumat üçün bildirək ki, yanvarda Ümumdünya Heyvan Sağlamlıq Təşkilatı İranın bir sıra bölgələrində dabaq xəstəliyinin yeni növünün yayılması ilə bağlı məlumat yayıb. Buna görə, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən qərara əsasən, hələ bu ilin yanvar ayından İranın Qum, Arat, Kaşan və digər bölgələrindən heyvanların və heyvandarlıq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub. Qərar bu gün də qüvvəsində qalır. Dabağın A tipinin yeni növü hələ həmin vaxtlarda İranda yayılıb, onun Azərbaycandan İrana, oradan isə Dağıstana keçməsi ilə bağlı iddialar əsassızdır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!