USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yol polisi çağırış etdi

Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (BŞDYPİ) "Formula 1" Avropa Qran Prisinin yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini "Avtomobilsiz 7 gün" devizi altında keçirilən kampaniyaya qoşulmağa çağırır.

Bu barədə Trend-ə BŞDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, Bakıda ilk dəfə təşkil olunacaq "Formula-1" Avropa Qran Prisinin yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın mərkəzi küçə və prospektlərində bu gecə saat 00:00-dan etibarən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Onun sözlərinə görə, Azadlıq meydanından başlayaraq, A.Puşkin, Xaqani, Bülbül, Əziz Əliyev, Qoşa Qala qapısı, İstiqlaliyyət, Niyazi küçə və prospektləri, Azneft dairəsi, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə bitişən, kəsişən yolayrıcılara və yol qovşaqlarına məhdudiyyət tətbiq olunur. Yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün cənub tərəfdən - Ələt-Astara-Salyan yolunun 14-cü kilometrliyindən 20-ci sahə, Bayıl qəsəbəsi, Bayraq meydanı, eləcə də Cavanşir körpüsü ətrafından cənuba doğru gedən sürücülərin diqqətinə çatdırılır ki, alternativ variant olaraq, Afiyəddin Cəlilov-Yusif Səfərov, Yusif Səfərov-28 May küçələri kəsişməsindən, 10-cu zavod dairəsindən, eləcə də Nobel prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən, Səməd Vurğun və Bülbül küçə və prospektlərindən Füzuli küçəsi ilə kəsişən hissəsində istiqamət dəyişilir.

Hərəkət iştirakçılarına qeyd edilən istiqamətlər üzrə genişləndirilən iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə olunur. Bakı Şəhər Halqası boyunca yarışların keçirildiyi küçə və prospektlərdə, meydan və dairələrdə nəqliyyat sıxlığının, tıxacların yaranmaması, hərəkət iştirakçılarının rahat və fasiləsiz təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

Hərəkət iştirakçılarından A.Puşkin, Xaqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobilləri saxlamamaq xahiş olunur. Əks halda trek boyunca nəzərdə tutulmayan yerlərdə park edilən avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı yol polisi lazımi tədbirlər görəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!