USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
YAP rəsmisi: "Avropa Parlamentində çıxarılan qərarlar, sənədlər elə orada da qalır"

"Bir bloger haqqında məsələni şişirdərək, Azərbaycana qarşı istifadə edirlər. Guya Avropa Parlamenti qətnamə qəbul edib. Həmin müzakirələrə baxanda görürsən ki, iclasda 751 deputatdan cəmi 30-u iştirak edir. Çıxışlara baxanda görmək olur ki, bu adamlar yazdıqlarını belə oxuya bilmir".

"Report"un xəbərinə görə, bunu Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

"O yazılar bəlkə də onlara çıxışdan 10 dəqiqə əvvəl verilib. Onlar məsələdən bixəbərdir. Bu, bir daha onun qurulma iş olduğunu göstərir. Bunun Azərbaycana heç bir təsiri yoxdur. Çünki Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Biz Avropa Parlamentinin üzvü deyilik. Orada çıxarılan qərarlar, sənədlər elə orada da qalır. Orada tək Azərbaycanla bağlı deyil, digər ölkələrlə bağlı da ikili standartlı, yüzlərlə bu tipli, çoxlu sayda qətnamə var. Əgər Avropa Parlamenti problem axtarırsa, problem onların elə özündədir. Elə Avropa ölkələrində baş verən hadisələrə baxın. Orada insan hüquqları pozulur", - deyə YAP rəsmisi vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!