USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Məktəblər niyə nəzarətə götürüldü?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün orta ümumtəhsil məktəblərində keçirilən "son zəng" tədbirləri ilə bağlı valideynlərə və şagirdlərə xəbərdalıq edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov bildirdi ki, təhsil müəssisələrində keçirilən "Son zəng" tədbirləri ilə əlaqədar olaraq polis gücləndirilmiş iş rejimində çalışır və Bakı şəhərində "Son zəng" tədbirlərinin keçirildiyi bütün orta ümumtəhsil məktəbləri nəzarətə götürülüb:

“Avtomobili olan valideynlərə müraciət edərək bildiririk ki, diqqətli olsunlar. Eyni zamanda valideynlərdən xahiş və tələb edirik ki, nəqliyyat vasitələrini idarə etmək üçün məktəb yaşlı şagirdlərə verməsinlər. Əks halda polis tərəfindən gücləndirilən nəzarət zamanı aşkar edilən faktlar olsa, həmin şagird və valideynlər qanunvericilik qarşısında cavab verməli olacaqlar. Çünki bu gün azyaşlıların və məktəblilərin sükan arxasına keçməsi hallarına ciddi nəzarət olunacaq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!