USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı Marşal Klubunun təntənəli açılış mərasimi olub

İyunun 14-də “Formula-1” Avropa Qran-prisinin Bakı Marşal Klubunun təntənəli açılış mərasimi olub.

Gənclər və idman naziri Azad Rəhimov rəmzi açılışı bildirən lenti kəsdikdən sonra klubda yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, klubda marşalların asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.

Mərasimdə çıxış edən Azad Rəhimov ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Yarışda marşalların rolunun məsuliyyətli olduğunu diqqətə çatdıran nazir bu vacib peşə sahiblərinə işlərində müvəffəqiyyətlər arzu edib.

Nazir deyib: “Avropa Qran-pri yarışlarına 1200 marşal cəlb olunub. Bunların mini yerli, iki yüzü isə əcnəbi marşallardır. Onlar arasında Bəhreyn, Rusiya, ABŞ, Avstraliya, İngiltərə və digər ölkələrdən olan marşallar var. Marşallar “Bakı-2015” ilk Avropa Oyunlarının Atletlər Kəndində yerləşdiriliblər”.

Bəhreyn Marşal Klubunun rəhbəri Faez Rəmzi yarışa hazırlığın yüksək səviyyədə getdiyini, Bakının Şərq və Qərb mədəniyyətini özündə cəmləşdirdiyini və iki ölkə marşallarının arasında sıx əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməliyyatlar şöbəsinin və Bakı Marşal Klubunun rəhbəri Çingiz Mehdiyev və əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov marşalları salamlayıb və onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!