USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Yanğın təhlükəsizliyi ayı”nda hansı çatışmazlıqlar aşkarlandı? - Rəsmi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Yanğın təhlükəsizliyi ayı” keçirilir. 10 gün ərzində ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyəti tərəfindən 241 təbliğat xarakterli tədbir baş tutub. 13185 nəfər yanğın təhlükəsizliyi sahəsində maarifləndirilib. 10 ünvanda yolun hərəkət hissəsinin bağlanmasına səbəb olan maneələr demontaj edilib. 16 ünvanda yanğına qarşı su təchizatı qurğusunun nasaz olması aşkar olunub.

Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, polkovnik Elnur Babayev ASAN Radioya bildirib ki, yaşayış kompleksləri yerləşən 10 müxtəlif ünvanda “şərti yanğın” həyəcan siqnalı verilərək əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikaları cəlb olunub, mövcud əməliyyat şəraiti qiymətləndirilib. 

Aşkar olunmuş yanğına qarşı çatışmazlıqların qısa zaman kəsiyində aradan qaldırılması məqsədilə müvafiq icra strukturlarına məktublar ünvanlanıb. 

Bu istiqamətdəki tədbirlər davam etdirilir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!