USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Samr Şah və DJ Goldierocks ASAN Radioda!

Britaniya Şurasının Azərbaycan üzrə ölkə direktoru Samr Şah və tanınmış britaniyalı DJ Goldierocks ASAN Radioda qonaq oldular. Radiomuza eksklüziv açıqlamalar verdilər.

Qeyd edək ki, Britaniya Şurası, ASAN Radio və YARAT Müasir İncəsənət Məkanının əməkdaşlığı ilə 2019-cu ilin 15 fevral tarixində YARAT mərkəzində "Selector PRO" seminarı təşkil olunub. 

ASAN Radio xəbər verir ki, "Selector PRO" seminarı Birləşmiş Krallığın və Azərbaycanın ən yaxşı DJ-lərini bir araya gətirir.

Tanınmış britaniyalı DJ Goldierocks (Samanta Luis Holl) intensiv təlim keçib. Tədbirin informasiya tərəfdaşı ASAN Radiodur.

Bundan başqa,"Pasifico" restoranında Bazaur və Murad H kimi DJ-lərin təqdimatında, "Goldierocks"un iştirakı ilə "Selector LIVE" əyləncə gecəsi keçiriləcək.

"Selector LIVE" əyləncə gecəsi Britaniya Şurasının Azərbaycan Respublikasındakı fəaliyyətinin 25-ci ildönümünə həsr olunub. 

"Selector PRO" həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır.  Tədbir Britaniya Şurasının təşəbbüsü ilə hazırlanmış, Birləşmiş Krallığın yeni və ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə "Selector Live" əyləncə gecələrini özündə ehtiva edən "Selector" musiqi proqramının nəticəsi hesab edilir. 

Canlı DJ performansı ilə müşayiət olunan "Selector LIVE" əyləncə gecəsinə giriş pulsuzdur. 

"Selector LIVE" əyləncə gecəsi üçün aşağıdakı ünvanda qeydiyyatdan keçə bilərsiniz:

www.britishcouncil.az/en/programmes/arts/selector-live  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!