USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İnam Kərimov xaricdə təhsil alanlarla görüşüb

Kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb.

ASAN Radionun məlumatına görə, nazir bildirib ki, kadr potensialının zənginliyi, peşəkar kadrların mövcudluğu hər bir sahənin inkişafının əsas amillərindən biridir. Xaricdə təhsil almış və Kənd Təsərrüfatı Nazirliyi sistemində işə qəbul olunmuş əməkdaşlara uğurlar diləyən nazir qeyd edib ki, bu əməkdaşlar öz bilik və təcrübələrini aqrar sahənin inkişafı üçün sərf etməlidir. 

Nazirliyin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Elvin Paşayev nazirlik sistemində xaricdə təhsil almış kadrların sayının artdığını qeyd edib: "Gənclər bu dəstəkdən istifadə edərək kadr kimi formalaşmalı, öz üzərlərində çalışmalıdırlar".

Görüşdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Əmir Əmirli, Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Toğrul Cəfərov, nazirlik Aparatının elm və təhsil şöbəsinin müdir müavini, təhsil şöbəsinin müdiri Nəzrin Bağırova və digər xaricdə təhsil almış əməkdaşlar göstərilən etimada görə təşəkkür ediblər. 

Nazir İnam Kərimov Aqrar Tədqiqatlar Mərkəzində xaricdə təhsil alan əməkdaşların daha çox təmsil olunduğunu qeyd edib, İnsan resurslarının idarəedilməsi şöbəsinə əməkdaşların qısa və uzunmüddətli təhsil proqramlarına cəlb olunması, ixtisasartırma kurslarına göndərilməsi ilə bağlı tapşırıq verib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!