USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bu gün Azərbaycanda ilin ilk beynəlxalq idman yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

ASAN Radio “Report”a istinadla xəbər verir ki, Milli Gimnastika Arenasında (MGA) baş tutan mərasimdə əvvəlcə iştirakçı ölkələrin - Azərbaycan, Avstraliya, Almaniya, ABŞ, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Əlcəzair, Kanada, Çin, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, İspaniya, İsveç, İsveçrə, Yaponiya, Qazaxıstan, Meksika, Yeni Zelandiya, Polşa, Portuqaliya, Rusiya, Türkiyə, Ukrayna və Özbəkistanın bayraqları nümayiş olunub.

Açılış sözü ilə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda daha bir idman bayramının reallaşacağını deyib: "Dünyanın ən güclü gimnastları Bakıda toplaşıb. Azərbaycan bütün idman növləri üzrə yarışları ən yüksək səviyyədə keçirməyə qadir ölkədir. Buna misal kimi "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, "Formula 1"i göstərmək olar. Bu ildə ölkəmizdə bir çox mötəbər yarışlar olacaq".

Azərbaycan Dövlət Himninin səsləndiriliməsindən sonra yarış açıq elan edilib.

“AGF Trophy”də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparacaq. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunun açılış mərasiminin ardından yarışa start verilib.

Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edəcək. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparacaqlar.

Qeyd edək ki, iki gün davam edəcək yarışın ilk günü təsnifat mərhələləri, ikinci günü isə saat 12:00-dan etibarən final mərhələləri baş tutacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!