USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Elmar Məmmədyarov Argentinaya səfər edib - FOTO

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) "Buenos-Ayres fəaliyyət planı"nın 40-cı ildönümünə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində təşkil olunan sərgidə təmsil olunub.

ASAN Radio-nun xəbərinə görə, 20 mart tarixində Argentinanın Buenos-Ayres şəhərində "Buenos-Ayres fəaliyyət planı"nın 40-cı ildönümünə həsr olunmuş "Cənub-Cənub əməkdaşlığının rolu və 2030-cu il üzrə davamlı inkişaf gündəliyinin icrası: çağırışlar və imkanlar" adlı konfrans işinə başlayıb.

Konfrans çərçivəsində Cənub-Cənub əməkdaşlığı üzrə sərgi təşkil edilib.

Sərginin təşkil edilməsində əsas məqsəd Cənub-Cənub əməkdaşlığında iştirak edən ölkələrin ən yaxşı təcrübələrinin təqdim edilməsi, eləcə də Cənub ölkələri arasında əməkdaşlıq əlaqələrinin təşviq edilməsi olub.

40-a yaxın ölkənin iştirak etdiyi sözügedən sərgidə  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) öz stendi ilə təmsil olunub.

Konfransda iştirak edən Azərbaycan Respubikasının xarici işlər naziri Elmar Məmmədyarov AİDA stendi ilə tanış olub.

Stenddə Cənub-Cənub əməkdaşlığının təşviqində böyük rolu olan AİDA-nın fəaliyyəti, eləcə də ölkəmizin donor qismində dünyanın müxtəlif regionlarında həyata keçirdiyi layihələr, eləcə də humanitar yardım və beynəlxalq inkişaf çərçivəsində göstərdiyi yardımlar barədə geniş məlumat ziyarətçilərə təqdim edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!