USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Balaxanı tullantı poliqonunda yaşıllaşdırma aksiyası keçirilib - FOTO

IDEA İctimai Birliyinin təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda növbəti ağacəkmə aksiyası keçirilib.

“Təmiz Şəhər” ASC-dən ASAN Radio-ya verilən məlumata görə, hər üç qurumun əməkdaşlarının iştirak etdiyi aksiyada 1000 ədəd ağac əkilib.

Ağaclar əkilən ərazidə xüsusi suvarma sistemi qurulub. “Təmiz Şəhər” ASC-nin əməkdaşları daim ağaclara qulluq edəcək.

Poliqon ərazisində yaşıllaşdırma işlərinin aparılması artıq ənənəyə çevrilib və bir neçə ildir ki, IDEA-nın, İqtisadiyyat Nazirliyinin və “Təmiz Şəhər”in əməkdaşları burada ağacəkmə aksiyaları keçirirlər. Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib.

Qeyd edək ki, son illər yaşıllığa çevrilən və çox sayda ağac əkilən poliqon ərazisi 2009-cu ilədək Bakının məişət tullantılarının açıq şəkildə atıldığı sahələr idi. Tullantı qoxusu, yanma nəticəsində yaranan tüstü şəhərə yayılırdı. “Təmiz Şəhər” ASC fəaliyyətə başladıqdan sonra isə qısa müddətdə məişət tullantılarının alışmasının və tüstülənmənin qarşısı tamamilə alınıb. 120 hektar əraziyə malik poliqonda lazımi infrastruktur yaradılıb və tullantıların düzgün qəbuluna başlanılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!