USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu ildən etibarən sənaye balıq ovuna kvotaların alınmasını "ASAN xidmət" həyata keçirir

Sənaye balıq ovu kvotalarının alınması bu ildən etibarən "ASAN xidmət"ə keçib. Nəticədə məmurla vətəndaşın birbaşa ünsiyyəti yoxdur, "ASAN xidmət"ə müraciət olunur və balıq ovu kvotaları oradan əldə edilir. Bu da öz növbəsində şəffaflığa və çevik yolla kvotaların əldə olunmasıına təminat yaradır.

ASAN Radio xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Departament direktorunun sözlərinə görə, həvəskar balıq ovçuları üçün çoxlu sayda imkanlar yaradılıb: "Həvəskar balıqçılara müxtəlif hövzələrdə yerlər ayrılıb. Eyni zamanda, milli park ərazilərində imkanlar yaradılıb. Elə bu yaxınlarda Abşeron Milli Parkında həvəskar balıqçılar üçün tədbir keçirilib. Həmin tədbirlər ardıcıl olaraq davam etdiriləcək.

Lakin buna baxmayaraq, son dövrlər sosial şəbəkələrdə balıq ovu sahəsində özbaşınalıqlar, yəni bu sahədə problemlərin olması, aidiyyəti qurumlar tərəfindən qarşısının alınmaması ilə bağlı ciddi ittihamlar səslənir. Həmin sahədə ciddi problemlərin olduğunu danmırıq. Əlbəttə ki, brakonyerlik bütün dövrlərdə olan, hətta ən inkişaf etmiş ölkələrdə belə qeydə alınan haldır. Bu gün dəniz məhsullarının dünyada qeyri-qanuni dövriyyəsi 25 milyard dollara qədər qiymətləndirilir və rəsmi məlumatlara görə ümumi tutulan balıq məhsullarının təxminən beşdə ikiyə qədəri brakonyerliyin payına düşür.

Hazırda bilavasitə bu sahəyə cavabdeh olan Su Nəqliyyatında Polis İdarəsi tərəfindən çoxlu sayda işlər aparılır. Nazirlik də öz səlahiyyətləri daxilində onlarla birgə istər monitorinqlərin, təbliğat işlərinin aparılması, istərsə də tövsiyələrin verilməsi ilə bağlı xeyli işlər görür. Təbii ki, müxtəlif su hövzələrində olan bu cür qanunsuzluqların eyni vaxtda, qısa müddətdə qarşısının alınması mümkün deyil. Bu məsələni qaldıran şəxslər özləri də kömək etməlidirlər. Sadəcə olaraq mücərrəd məlumatların verilməsi və ittihamların səslənməsi düzgün deyil, konkret ünvanlı məlumat olmalıdır. Bir daha bildiririk ki, həmin məsələlər əksər hallarda cinayət əməlidir. Bununla mübarizə hüquq mühafizə orqanları tərəfindən aparılır. Nazirlik bu sahədə ardıcıl olaraq təbliğat, monitorinq, təhlil işləri aparır, tövsiyələr verir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!