"Azərbaycan Hava Yolları" QSC bu il martın 1-dən Bakı-Tiflis istiqaməti üzrə reyslərin uçuş vaxtını dəyişəcək. Bunu Trend-ə QSC-nin mətbuat xidmətindən deyiblər.
Mətbuat xidmətindən bildiriblər ki, hazırda Tiflisə reyslər çərşənbə axşamları və bazar günləri üzrə Bakı vaxtı ilə saat 09:30-da həyata keçirilirsə, martın 1-dən uçuş həmin günlər lakin saat 14:00-da və Tiflisə yerli vaxtla saat 15:10-da enişlə həyata keçiriləcək.
Reyslərin vaxtının dəyişməsi Tiflis aerportunun eniş-uçuş zolağındakı tikinti işləri ilə əlaqədardır.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!