USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"ASAN xidmət"lə UNICEF arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında anlaşma memorandumu imzalanıb.

ASAN Radionun məlumatına görə, Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin imzalayıblar. Rəqəmsal hökumət və innovasiyalar sahəsində layihələr, o cümlədən uşaq hüquqlarının qorunması, təbliği istiqamətində görülən işlər barədə məlumat verən Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Memorandum əməkdaşlığın genişləndirilməsində yeni imkanlar yaradacaq.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib ki, Uşaq Hüquqları üzrə Konvensiyanın 30-cu ildönümünün qeyd olunduğu bir vaxtda uşaqlar üçün bu hüquqların öhdəlikdən reallığa çevrilməsi məqsədilə tərəfdaşlıqların qurulması vacibdir: "UNİCEF və Dövlət Agentliyi arasındakı yeni əməkdaşlıq ölkə boyunca minlərlə ailəni uşaq hüquqları və sosial innovasiyalar barədə çox vacib məlumatlarla təmin etməyə kömək edəcək ki, bu da uzunmüddətli faydalı nəticələr göstərəcək".

Qeyd edək ki, Memorandum uşaq hüquqları sahəsində müxtəlif layihələrin həyata keçirilməsini, bu sahədə rəqəmsal hökümət üzrə yeni həlləri dəstəkləyən proqramların, birgə innovativ layihələrin reallaşdırılmasını əhatə edir. Həmçinin ASAN könüllüləri tərəfindən uşaq hüquqlarının təşviq olunması, ictimai maarifləndirmənin artırılması planlaşdırılır.

Qonaqlar məktəb şagirdlərinin hazırladığı “Uşaq hüquqları Konvensiyası: uşaqların gözündə” sərgisi ilə də tanış olublar.

 

Qeyd edək ki, 20 noyabr - Ümumdünya Uşaq Günü kimi qeyd olunur. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. UNICEF və “ASAN Könüllüləri” Təşkilatı da Uşaq Hüquqları Konvensiyasının 30 illik Yubileyi ərəfəsində müxtəlif tədbirlər həyata keçirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!