USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Milli Məclisin ən fəal deputatlarının siyahısı - Audioreportaj

Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında beşinci çağırış Milli Məclisin deputatlarının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilib.

Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan ASAN Radioya bildirib ki, xəbər verir ki, sorğu nəticəsində beşinci çağırış Milli Məclisin ən fəal deputatları müəyyənləşdirilib.

Jurnalistlərin 4 nominasiya (“İlin ən fəal deputatı”, “Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”, “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat”, “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat”) üzrə keçirdikləri sorğunun nəticələri açıqlanıb.

Sorğuda Milli Məclisdə akreditasiya olunan 70-ə yaxın jurnalist iştirak edib. Onun sözlərinə görə, bu, PJB-nin sayca 14-cü sorğusudur:

“Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirmişik. Bildiyiniz kimi, beşinci çağırış Milli Məclis dövlət başçısı tərəfindən buraxılıb və fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Ona görə də qərara gəldik ki, ötən 4 ilin ən fəal deputatlarını cəmiyyətə təqdim edək”.

Dörd il ərzində “İlin ən fəal deputatı” nominasiyasının qalibləri mərhum deputat Yevda Abramov, Siyavuş Novruzov, Zahid Oruc, Qüdrət Həsənquliyev və Fazil Mustafa olub. Bu nominasiyanın qalibləri beşinci çağırış Milli Məclis dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”nominasiyasının qalibləri Qənirə Paşayeva və Vahid Əhmədov olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardmçı olduqlarına görə müəyyən ediliblər.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Cavanşir Feyziyev, Bahar Muradova, Azay Quliyev və Tahir Mirkişili olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.

“Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Əli Hüseynli, Əli Məsimli və Əhliman Əmiraslanovdur. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən edilib.

ASAN Radionun hazırladığı audioreportajı buradan dinləyə bilərsiniz:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!