USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb

10 dekabr 2019-cu il tarixində Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi” layihəsinin başa çatması ilə əlaqədar tədbir təşkil olunub.   

Öncə layihə müddətində həyata keçirilmiş tədbirlərə dair videoçarx təqdim olunub. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov 1-9 tarixini əhatə edən “Azərbaycan Könüllülük Həftəsi” layihəsi çərçivəsində həyata keçirilmiş müxtəlif sosial aksiyalar və tədbirlər barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, bu çərçivədə reallaşdırılan “Şəhidimiz”, “VətənimİZ”, “TəbiətimİZ”, “ Könüllülük Sərhəd Tanımır !”, Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu, 4 günlük qış düşərgəsi kimi tədbirlər, ümumilikdə 15000-dən çox könüllünü əhatə edib.

Sonra layihənin həyata keçirilməsində iştirak edən müxtəlif gənclər təşkilatlarına təşəkkürnamələr təqdim olunub.

“Azərbaycan Könüllülük Həftəsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!