NATO Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini gərginliyi azaltmağa, zorakılıqdan çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə nail olmağa çağırır.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Varşavada NATO sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, NATO-nun yekun kommunikesində Dağlıq Qarabağ məsələsi də qeyd ediləcək.
“Münaqişə tərəfləri danışıqlar prosesini davam etdirməyə çalışmalıdır. Münaqişəsnin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyirik", - Baş katib bildirib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!