Azərbaycan və Ukrayna arasında rəsmi sənədlər imzalanıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukrayna Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov hava nəqliyyatı vasitəsilə malların daşınması zamanı baş verən gömrük pozuntuları ilə mübarizədə gömrük orqanlarının qarşılıqlı əməkdaşlığı haqqında sənədə imza atıblar.
İki ölkənin müvafiq nazirlikləri arasında 2016-2020-ci illərdə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair proqrama da imza atılıb.
Daha sonra Azərbaycan prezidenti İlham Əlyev və Ukrayna prezidenti Pyotr Poroşenko Prezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıblar.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!