USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İmtahanlar pullu ola bilər

Azərbaycanda bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət ediləcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, müraciətdə komissiya tərəfindən aparılan araşdırmaların nəticəsi və bu məsələ ilə bağlı təkliflər təqdim olunacaq: “Sonda hansı qərarın qəbul ediləcəyi bizdən asılı deyil. Hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaşı alırdılar. Amma Dövlət İmtahan Mərkəzi qeydiyyata düşdükdən sonra heç bir işçinin, mütəxəssisin maaşı olmayacaq. İmtahanların pullu olması isə iştirakçılarının sayına təsir göstərməyəcək. Sosial ədalət nəzərə alınmaqla müəyyən təbəqələrə imtahanda iştirak etmək üçün ayrı qiymətlər olacaq. İmtahanın növlərindən asılı olaraq imtahanların pulu da fərqlənəcək. Bu ilin sonuna qədər TQDK-nı dövlət maliyyələşdirəcək. Lakin gələn il yanvarın 1-dən bizim heç bir işimizlə bağlı maliyyələşmə yoxdur. Bizə sadəcə 1 milyon pul veriləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq”.

M. Abbaszadə qeyd edib ki, TQDK-ya dövlət icra orqanı olduğu üçün ildə 7 milyon manatadək büdcədən maliyyə ayrılıb. Bunun təxminən 2 milyonu  idarənin saxlanılması, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunub: “İmtahanlarda dövlət orta hesabla hər bir abituriyentə 25 manat pul xərcləyirdi”.

M.Abbaszadə əlavə edib ki, yalnız IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq. Onun sözlərinə görə, dövlət tərəfindən sifariş verilən imtahanlar ancaq buraxılış imtahanlardır və biz bilirik ki, dövlət digər imtahanları maliyyələşdirməyəcək. Dövlət imtahanlar üçün pul ayırmasa, bunu başqa hansı formada apara bilərik? Məlum olub ki, SAT imtahanlarının qiyməti 100-150 manat, İELTS imtahanlarının qiyməti 225 manat, Türkiyənin ali məktəblərinə imtahanların qiyməti isə 50-60 dollardır. Bizim apardığımız imtahan isə dövlətə az maliyyə vəsaitinə başa gəlirdi. Çünki əsasən proqram təminatı TQDK-nın mütəxəssisləri tərəfindən yazılırdı, kənardan proqram təminatını sifariş vermirdik. Yəqin ki, gələcəkdə də müəyyən sifarişlər əsasında imtahanlar keçiriləcək və bu xidmətlərin bir qismi yenə də vətəndaşlar üçün pulsuz olacaq. Sadəcə müəyyən adamlar var ki, TQDK-nı günahlandırmaq üçün fürsət gözləyirlər. Məsələ ilə bağlı şərh verənlər özləri öz sözlərinə cavabdehdirlər”.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!