USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Media könüllüləri -145” - regionun ən böyük media platformasına start verildi 

ASAN Radio xəbər verir ki, Milli Mətbuatın yaranmasının 145 illiyi ilə bağlı Parlament Jurnalistlər Birliyinin keçirdiyi silsilə tədbirlər çərçivəsində “Media könüllüləri -145” layihəsinin icrasına başlanılıb. 

Layihə Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi çərçivəsində həyata keçirilir. 

 “Media könüllüləri -145” in iştirakçıları, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrindən ibarət 145 könüllünün adı məlumdur. Fakültənin I, II və III kurs tələbələri könüllü kimi qeydiyyata alınıblar. 

“Media Könüllüləri Təşkilatı”nın (MKT) ilk üzvləri başlanğıcda Milli Mətbuatın yaranmasının 145 illiyinə uyğun olaraq, 145 nəfər (tələbə-könüllü) təşkil edir. PJB-dən verilən məlumata görə, layihənin ideya müəllifi və icraçısı təşkilatın üzvü, ASAN Radionun Baş redaktoru İlkin Kərimovdur. Bakı Dövlət Universiteti ilə birgə icra olunacaq bu layihədə universitet tərəfindən kurator Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevdir. Media Könüllüləri layihəsinin iştirakçılarının xüsusi fəallığı ilə fərqlənənlər jurnalistika üzrə xaricdə təhsil və təcrübə imkanı əldə edəcəklər. 

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin beynəlxalq təmsilçiliyi dövlət başçısının media qarşısında qoyduğu başlıca vəzifələrdən biridir. Bu gün Azərbaycanın maraq və mənafelərini müdafiə etmək, beynəlxalq mövqeyimizin güclənməsi, ümummilli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı haqq səsimizi dünyaya çatdırmaq üçün xaricdə fəaliyyət göstərəcək azərbaycanlı jurnalistlərə böyük zərurət var. Məhz bu kontekstdən çıxış edərək, Parlament Jurnalistlər Birliyi gələcək jurnalistlərin bu istiqamətdə formalaşması üçün belə bir layihəyə start verib.

Azərbaycanlı jurnalist, PJB rəhbəri Elşad Eyvazlının sədr müavini olduğu Qlobal Jurnalistlər Şurasının imkanlarından istifadə edilərək media könüllülərinə xarici təcrübə  qazanmaq imkanı yaradılacaq. 

Bundan başqa “Media Könüllüləri Təşkilatı” üzvləri Azərbaycanda fəaliyyət göstərən media qurumlarda təcrübə keçmək, işlə təmin olunmaq imkanı da əldə edəcək. Artıq bununla bağlı media rəhbərləri ilə görüşlərə start verilib. Gələcək jurnalistlərin həm ixtisaslaşma məsələləri ilə bağlı onlayn treninq təşkil olunacaq, dünyanın ən tanınmış jurnalistləri bu treninqlərdə iştirak edəcəklər. 

Könüllülər həm PJB-nin, həm Bakı Dövlət Universitetinin, həm də Qlobal Jurnalistlər Şurasının sertifikatlarını alacaqlar. 

Xüsusi fərqlənənlərə daha geniş imkanlar açılacaq. Burada məqsəd həm də Azərbaycanda könüllülük hərəkatına dəstək vermək, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə qoşulmaq, ictimai-siyasi həyatda aktiv xidmət və təbliğat aparmaq, tələbələrin jurnalistika sahəsində bilik və bacarıqlarını artırmaqdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!