USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yüksək texniki peşə təhsili səviyyəsini bitirənlər subbakalavr dərəcəsi alacaq

Nazirlər Kabineti “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na dəyişiklik edilib. 

İndiyə qədər “Subbakalavrlar” dedikdə orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşülüb.

Dəyişikliyə əsasən, artıq "subbakalavrlar” dedikdə həm də yüksək texniki peşə təhsili səviyyəsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşüləcək. 

 

subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunarkən, həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.

Beləliklə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunarkən, həmin təhsil müəssisələrində yalnız tədris dili yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malik olacaq. 

Eyni zamanda subbakalavrlar ərizə qəbulu zamanı Tələbə Qəbulu Qaydalarında göstərilən digər sənədlərlə yanaşı bitirdikləri peşətəhsili müəssisəsindən alınmış ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) barədə bu Qaydalara əlavədəki formaya uyğun arayış təqdim etməlidirlər.

Nazirlər Kabinetindən  verilən məlumata görə, Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu ilə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilmişdir.

Bununla əlaqədar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin  “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 2019-cu il 20 may tarixli 230 nömrəli qərarlarında aşağıdakı dəyişikliklər edilmişdir

Bu Qaydalarda “subbakalavrlar” dedikdə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşülür.

Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunarkən, həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!