USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Əsgərə məktublar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12 fevral 2016-ci il tarixində 3 saylı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 4 illiyinə həsr olunmuş tədbir keçirilib 

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olundu.

Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib ki, gənclər arasında milli vətənpərvərlik ruhunun artırılması və təbliği məqsədi ilə bağlı jurnalistlər arasında 7 dekabr 2015-ci il tarixdən 18 yanvar 2016-cı il tarixinədək davam  edən “Əsgərə məktublar” müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən  müəyyən edilib və müsabiqəyə təqdim edilmiş yazılardan ibarət kitabça çap olunub.

Daha sonra çıxış edən  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, 2014-ci ildən etibarən “ASAN xidmət” mərkəzləri daxilində fəaliyyət göstərən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bu günə qədər  50 min vətəndaş müraciəti qeydə alınıb. Eyni zamanda Ülvi Mehdiyev, milli vətənpərvərlik ruhunun təbliğində ASAN könüllülərinin bir çox layihələr həyata keçirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev gənclər siyasətindən söz açaraq gənclər arasında milli vətənpərvərlik ruhunun təbliğində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirin yekunu olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliği məqsədi ilə kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirdiyi  “Əsgərə məktublar” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb  və müsabiqəyə göndərilmiş yazılardan ibarət kitabça ictimaiyyətə təqdim olunub.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!