"İyulun 15-dən 16-na keçən gecə Türkiyədə 170 dinc sakin, 62 polis əməkdaşı və 5 hərbi qulluqçu həlak olub. Ümumilikdə ölkədə hərbi çevrilişə cəhd nəticəsində ölənlərin sayı 237 nəfərdir. İyulun 29-na olan məlumata görə, yaralıların rəsmi sayı isə 2 191 nəfər təşkil edir".
Türkiyənin "Anadolu" agentliyi məlumat verir ki, bu statistik rəqəmi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədə konqres-mərkəzində çıxış edərkən səsləndirib.
Türkiyə prezidenti şəhid ailələrinə baş sağlığını bildirib, yaralılara şəfa diləyib.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!