USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dərmanların dövlət qeydiyyatına alınması ilə bağlı elektron sistem yaradılacaq

Dərman vasitələrinin istifadə təlimatlarının təsdiq olunması prosedurunun sürətləndirilməsi üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində tərcümə xidməti yaradılıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 4.2 maddəsində dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərinin ilkin ekspertizasının aparılmasına dair müqavilənin bağlanılması və bu müqavilə əsasında rüsumun ödənilməsi nəzərdə tutulsa da, bu prosedura 2016-cı ilə qədər riayət olunmayıb: “Bunu nəzərə alaraq Tarif (qiymət) Şurası ilə danışıqlar aparılıb və ilkin ekspertizanın aparılması üçün tarif təsdiq olunub. 2016-cı ilin 1-ci yarım illiyində dərman vasitələrinin qeydiyyatının aparılmasına dair qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə təkliflər hazırlanıb. Farmakonəzarət xidmətinin yaradılması məqsədi ilə müvafiq qaydalar işlənilib, bu sahə üzrə işləyəcək mütəxəssis xarici ölkəyə təlimə göndərilib. Hazırda dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının elektron sisteminin yaradılması istiqamətində tədbirlər hazırlanır. Bununla yanaşı, dünyanın bir sıra iri dərman istehsalçılarının zavodlarına baxışların keçirilməsi üçün səfərlər təşkil edilib, Qazaxıstanın “Dərman vasitələri, tibbi avadanlıq və tibbi ləvazimatlarının Milli Ekspertiza Mərkəzi” ilə əməkdaşlıq memorandumu hazırlanıb”.

Qeyd olunub ki, gələcəkdə kargüzarlıq işlərinin daha operativ aparılmasını təmin etmək məqsədilə elektron kargüzarlıq sisteminin yaradılması üçün işlər görülür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!